"Kasımpaşa" yeni baş məşqçi ilə razılığa gəldi
Əziz Əzizli
Türkiyənin "Kasımpaşa" klubunun yeni baş məşqçisi müəyyənləşib.
"Operativ Media" xəbər verir ki, Super Liqa təmsilçisini Kemal Özdeş çalışdıracaq. Bu barədə "A Spor" məlumat yayıb. 52 yaşlı mütəxəssis 2016-2018 və 2019-cu ildə də İstanbul təmsilçisinə rəhbərlik edib.
Qeyd edək ki, "Kasımpaşa" bir neçə gün əvvəl Selçuk İnanı istefaya göndərib. Komanda 26 turdan sonra 26 xal toplayıb və Super Liqada turnir cədvəlinin 13-cü pilləsində qərarlaşıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net