http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

"Canni"nı tapşıran milli komanda

28 Mart 2023 , 09:35
"Canni"nı tapşıran milli komanda

Dünən futbol üzrə Azərbaycan milli komandası AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində İsveçlə qarşılaşdı.

"Operativ Media" xəbər verir ki, ilk oyununda Avstriya millisinə 4-1 hesabı ilə məğlub olan milli bu dəfə daha biabırçı hesabla Azərbaycana qayıdır. Canni De Byazinin deyimi ilə desək, "Əla oyun göstərən" milli komanda qapısında 5 cavabsız qol gördü. İki oyuna 9 qol buraxan millilikdən çıxmış komanda F qrupunun sonuncu yerində möhkəmlənib. Yəqin ki, bu oyunla bir qədər də aşağı pillələrə getmək olardı. Heyif ki, qrupda bizim tutduğumuz yerdən aşağı yer yoxdur. 

Avstriya ilə oyunda sağ cinah müdafiəçisi kimi Höccət Haqverdini oynadan De Byazi bu oyunda da sevimli futbolçusuna güvənib. Bu dəfə onu sığortalamaq üçün Toral Bayramovu heyətə daxil edib. Toralın İsveçlə oyunda vəzifəsi cinah müdafiəçisi bacarıqları olmayan Höccət Haqverdini sığortalamaq olub. "Sabah"da Amin Seydiyev, Tellur Mütəllimov, "Qarabağ"da Maksim Medvedev qala-qala Höccət Haqverdiyə güvənmək...Ümumiyyətlə oyunun gedişatında baş məşqçinin etdiyi dəyişikikləri də başa düşmək olmurdu. Azərbaycan Premyer Liqasında 20 qolla bombardir olan Musa Qurbanlını son matçda meydana buraxan baş məşqçi ona cəmi 8 dəqiqə şans verdi. Bəlkə də Musa milli komandaya dəvət edilməsəydi, gənc futbolçu "Qalatasaray"la matçda oynamaq arzusuna çatacaqdı.

Milli komanda ölkə xairicində olarkən 5 ulduzlu hotellərdə qalır, ən yaxşı şəraitlə təmin edilirlər. Bu xərclərin kağız üzərində yüksək olduğunu AFFA-nın təqdim etdiyi hesabatlarda görmüşük. 

Ümumiyyətlə Azərbaycan milli komandasının varlığı azarkeşlərə əsəb, ölkə adına biabırçılıq, AFFA-ya pul və rəqiblərə xallardan başqa heçnə vermir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi

Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi

Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı

Azərbaycan PL: "Kəpəz" "Şamaxı" ilə bacarmadı

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

Azərbaycan kikboksçusu Gürcüstanda qalib gəldi

XƏBƏR LENTİ
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
  • Dünən
    23:04

    ABŞ-dan Ukraynaya yeni hərbi yardım paketinin həcmi 375 milyon dollar olacaq
  • Dünən
    22:38

    Almaniya kansleri Ərdoğan və Zelenski ilə görüşəcək
  • Dünən
    22:18

    İnam Kərimov Qırğızıstanda səfərdə olub
  • Dünən
    22:01

    Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi
  • Dünən
    21:29

    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
    Avtomobil yollarında görmə məsafəsi məhdudlaşacaq
  • Dünən
    21:18

    BMT İsrailin Beyruta hava hücumundan narahatdır
  • Dünən
    20:57

    SOCAR “Şamaxı-Qobustan" sahəsinin kəşfiyyatı üzrə MOL şirkəti ilə Anlaşma Memorandumu imzalayıb
Menyu