http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 24 ° C

Qələbəsi qiyamətə qalan komanda... - KÖŞƏ

28 Mart 2023 , 14:36
Qələbəsi qiyamətə qalan komanda... - KÖŞƏ

Riyaziyyata görə, bir şeyin baş vermə ehtimalı nə qədər az olur olsun, sıfır olmadığı müddətcə, baş verə bilər. Məntiq isə deyir ki, baş vermə ehtimalı az olan hadisəni gözləməyə dəyməz…

Ona görə də, artıq neçə ildir millimizin bir dənə də oyununu izləməmişəm. Meydanda can qoymayan, açıq-aşkar gəlir naminə milliyə qatılan futbolçu qılıqlı bu adamların nəyini izləyəsən?

İrvin Yalom yazır ki, hər bir peşə sahəsində o peşə sahiblərinin mükəmməllik axtara biləcəkləri “ehtimal bölgəsi” mövcuddur. Görünür bizim futbolçu olduğunu iddia edənlərimiz nə futbola peşə kimi baxmırlar, nə də yeni nəsə etmək, uğur qazanmaq, yenilik etmək istəmirlər… Yəqin meydanda o qədər acizdilər ki, qələbə qazana biləcəkləri ehtimalı onlara da sıfır görünür və boş yerə tər tökmək istəmirlər. Axı, nəticədən asılı olmayaraq qonarar alırlar… Uşaqda fərasətə bax!

Nə qədər ki, futbolçularımız hesabdakı rəqəmlərdən çox, qonarardakı rəqəmlərlə maraqlanacaqlar, bizim qələbə qazanma ehtimalımız da bir o qədər sıfıra doğru yaxınlaşacaq…

Bir gün Molla Nəsrəddin arvadına deyir ki, vəsiyyət edirəm, öləndə məni baş-ayaq basdırın. Arvadı səbəbini soruşanda, Molla deyir: Sabah birigün qiyamət qopsa, hər şey tərsinə çevriləcək. Onda mən də düzəlib ayağa qalxaram…

İndi bu məğlubiyyətlərə görə üzülməyək. Qiyamətdə hər şey tərsinə çevrilsə, biz 3:0, 5:0 qələbə qazanmış olacağıq.

Bu ehtimal daha yüksəkdir, nəinki Azərbaycan millisinin qələbə ehtimalı…

Cavidan Mirzəzadə

OXŞAR XƏBƏRLƏR
Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə

Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə

Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı

Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı

Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi

Azərbaycan PL: "Qarabağ" "Neftçi"ni məğlub etdi

XƏBƏR LENTİ
  • 10:05

    Azərbaycan nefti ucuzlaşıb
  • 09:45

    Cinayət törətməkdə şübhəli bilinən 51 nəfər saxlanılıb
  • 09:31

    Bəzi yerlərdə yağış yağıb - FAKTİKİ HAVA
  • 09:26

    Şahmat Olimpiadası: Daha bir qələbə və bir heç-heçə
  • 09:17

    Azərbaycan PL: "Turan Tovuz" "Araz-Naxçıvan"a qarşı
  • 09:06

    Oğuzda həmkəndlisinin evindən oğurluq edən şəxs tutulub
  • 08:00

    Lerikdə zəlzələ olub
  • Dünən
    23:15

    Bakıda 16 mərtəbəli binada yanğın baş verib
Menyu