Menyu

Deputat: "Bir dənə rayon komandası göndərəydilər də, daha milli niyə gedirdi ora?"

Redaksiya
Deputat: "Bir dənə rayon komandası göndərəydilər də, daha milli niyə gedirdi ora?"

Azərbaycanın futbol üzrə milli komandası AÇ-2024-ün seçmə mərhələsi çərçivəsində qrupdakı ilk iki matçında Avstriya və İsveç millilərinə müvafiq olaraq 1-4 və 0-5 hesabı ilə məğlub olub. Milli komandanın bu acınacaqlı vəziyyəti ölkə ictimaiyyətində futbolumuzla bağlı dərin ümidsizlik yaradıb. Son iki oyundakı ağır məğlubiyyətlə bağlı Millət vəkili, Xalq şairi Sabir Rüstəmxanlı "Operativ Media"ya açıqlama verib.

Deputat futbol millimizin oyunlarına baxmaqdan imtina etdiyini bildirib: "Azərbaycan millisinə azarkeşlik edə bilmirəm. Çünki hələ ki, parlaq oyunlarını görməmişəm. Baxıb görəndə ki, 1-0, 2-0 uduzur, əsəbləşməmək üçün axıra qədər baxmıram. Müsbət enerji alacağım şeylər mənim üçün maraqlıdır. O şey ki qan-qaraçılıq gətirir, ona maraq göstərmirəm. 5-0 nə deməkdir? Sanki məşqçi olmayıb. Elə bir dənə rayon komandası göndərəydilər də, daha milli niyə gedirdi ora?"

Millət vəkili futbolumuzun zəifliyini ölkədə futbola marağın azalması ilə əlaqələndirib:

"Əvvəl həyətlərdə, sahillərdə futbol oynayırdılar. İndi həyətlər qarajlara çevrilib, sahillər müxtəlif adamların ixtiyarındadır, sahillərdə də yer qalmayıb. Uşaqların futbol oynamağa yerləri azalıb. Rayonlardan da seçim yoxdur. Vaxtı ilə rayonlardan ən yaxşı idmançılar seçilirdi, onlarla iş aparılırdı. Ona görə də məncə düzgün seçim aparılmır. Yaxşı oyunçular tapılıb milliyə cəlb olunmalıdır".

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər