Menyu

WUF13: Bakının yaşıl zonaları dayanıqlı şəhərsalma modelinin nümunəsidir

Operativ Media
WUF13: Bakının yaşıl zonaları dayanıqlı şəhərsalma modelinin nümunəsidir

BMT-nin urbanizasiya göstəriciləri, ictimai açıq məkanlara əlçatanlığın şəhər həyatı keyfiyyətinin ayrılmaz hissəsi kimi vacibliyini vurğulayır.

Operativ Media xəbər verir ki, bu barədə "WUF13Azerbaijan"ın "X" sosial şəbəkə hesabında paylaşım edilib.

"Bakıda parklar, bağlar və sahilkənarı ictimai zonalar bu prinsipi təcrübədə əks etdirir və Bakının 2040-cı ilədək inkişafına dair Baş Planının prioritetlərinə uyğundur", - məlumatda bildirilib və əlavə olunub ki, Azərbaycan təbiəti gündəlik şəhər həyatına yaxınlaşdırır, istirahət və sosial ünsiyyət üçün şərait yaradır, eləcə də məhəllələri daha sağlam, inklüziv və yaşamaq üçün əlverişli etməyə kömək edir:

"Bakıda 13-cü Ümumdünya Şəhərsalma Forumunun keçirilməsi ərəfəsində bu yaşıl ictimai məkanlar dayanıqlı şəhərlərin formalaşdırılması üçün əlçatan, insanyönümlü şəhər mühitinin vacibliyini vurğulayır".

Əlaqəli Xəbərlər