Azərbaycan Premyer Liqası vərəqə göstərilməsinə görə 26-cı yerdədir
Əziz Əzizli
Beynəlxalq İdman Araşdırmalar Mərkəzi (CIES) ən çox vərəqə göstərilən futbol çempionatlarını açıqlayıb.
"Operativ Media" xəbər verir ki, 76 liqanın yer aldığı siyahıda Azərbaycan Premyer Liqası 26-cı pillədədir.
2020-ci ilin yanvarından 2023-cü ilin martına qədər olan müddətdə yerli çempionatda hər oyuna ortalama 5,08 vərəqə göstərilib. Bunlardan 4,81-i "sarı", 0,27-si isə "qırmızı"dır.
Vərəqə sayına görə birinci sırada Boliviya Premyerasıdır. Sözügedən çempionatda hər görüşə 7,01 vərəqə verilir. Bunlardan 6,46-sı "sarı", 0,55-i isə "qırmızı"dır.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net