Menyu

WUF13 tədbiri çərçivəsində inklüzivliyin təmin olunması məqsədilə bir sıra xüsusi xidmətlər təşkil olunacaq

Operativ Media
WUF13 tədbiri çərçivəsində inklüzivliyin təmin olunması məqsədilə bir sıra xüsusi xidmətlər təşkil olunacaq

Bakıda keçiriləcək WUF13 tədbiri çərçivəsində burada iştirak edəcək əlilliyi olan şəxslərin rahat və maneəsiz iştirakı üçün bir sıra xüsusi xidmətlər təşkil olunacaq. Məqsəd tədbirin hər kəs üçün əlçatan və inklüziv şəkildə keçirilməsini təmin etməkdir.

Operativ Media xəbər verir ki, bu sözləri WUF13 çərçivəsində media nümayəndələri üçün keçirilən məlumatlandırma sessiyasında WUF13 Azərbaycan Əməliyyat Şirkətinin Müyəssərlik və İnklüzivlik üzrə tədbir meneceri Leyla Səfərli deyib.

O qeyd edib ki, həmçinin inklüzivliyin təmin olunması məqsədilə genişmiqyaslı maarifləndirmə təlimlərinə start verilib. Ümumilikdə 4200 nəfəri əhatə edən proqram çərçivəsində fərqli peşə qruplarına aid iştirakçılar üçün xüsusi təlim materialları hazırlanıb.

“Bundan əlavə forumun keçirildiyi ərazidə əlil arabalarının təmiri üçün xüsusi xidmət təşkil ediləcək. Mühərrikli təkərli oturacaqlar üçün portativ şarj stansiyaları quraşdırılacaq. İstifadə üçün 20-si manual, 20-si elektrikli olmaqla 40 ədəd ehtiyat təkərli oturacaq təqdim olunacaq. Bələdçi itlərdən istifadə edən şəxslər üçün isə baytarlıq xidməti göstəriləcək”,- deyə Leyla Səfərli vurğulayıb.

Əlaqəli Xəbərlər