Denis Marandiç: "Bizi dəstəkləyən azarkeşlərimizə minnətdaram"

Redaksiya
Denis Marandiç: "Bizi dəstəkləyən azarkeşlərimizə minnətdaram"

"Turan Tovuz" müdafiəçisi Denis Marandis ilə müqavilə müddətini 1il+1il olmaqlar artırıb.

"Operativ Media" xəbər verir ki, müqavilə müddəti artırılan Denis Marandiç təəssüratlarını bölüşüb:

“İlk növbədə mənə göstərilən etimada görə klub rəhbərliyinə, baş məşqçimizə, məşqçi heyətimizə təşəkkürümü bildirirəm. Bizi daim dəstəkləyən azarkeşlərimizə də minnətdaram. Hər zaman onların dəstəyini yaxından hiss edirik və bu bizim üçün çox vacibdir. Böyük qürur və sevinc hissləri ilə müqavilə müddətimi uzatdım. Motivasiyam daha da artdı. Məqsədlərimizə çatmaq üçün çox çalışacağıq”.

Digər xəbərlər