Menyu

"Qarabağ" 29-cu turda Şahruddinə qovuşacaq

Əziz Əzizli
"Qarabağ" 29-cu turda Şahruddinə qovuşacaq
1 dəq oxu

"Qarabağ"ın qapıçısı Şahruddin Məhəmmədəliyev əməliyyatdan sonra tam olaraq bərpa olunub.

"Operativ Media" xəbər verir ki, 28 yaşlı qolkiper Premyer Liqanın 28-ci turunun "Şamaxı" ilə oyununu buraxacaq. Milli komandamızın üzvü qarşıdakı turda meydana çıxa biləcək.

Məhəmmədəliyev qış toplanışında zədələnmiş və əməliyyat olunmuşdu.

Əlaqəli Xəbərlər