Bu gün Lənkəranda Heydər Əliyev adına Xatirə Parkında WUF13 Festivalı keçiriləcək.
Operativ Media xəbər verir ki, bu barədə Əməliyyat şirkəti məlumat yayıb.
Bildirilib ki, WUF13 Festivalı günün birinci yarısında məlumatlandırma sessiyası ilə başlayacaq, axşam saatlarında isə açıq havada ictimai proqram ilə davam edəcək.
İnteraktiv fəaliyyət, məlumatlandırıcı oyunlar, təqdimatlar və ictimai müzakirələr vasitəsilə dayanıqlı şəhər inkişafı, inklüziv şəhər mühiti, innovativ şəhər həlləri və gələcəyin şəhərləri kimi mövzular geniş auditoriyaya təqdim ediləcək.