30 Mart 2023, 12:32
Dursun Özbek: "Prezident İlham Əliyev Qarabağda da bir oyun keçirməyimizlə bağlı təlimatlar verdi"
Dursun Özbek: "Prezident İlham Əliyev Qarabağda da bir oyun keçirməyimizlə bağlı təlimatlar verdi" şəkil
Dursun Özbek: "Prezident İlham Əliyev Qarabağda da bir oyun keçirməyimizlə bağlı təlimatlar verdi"

"Azərbaycanlı qardaşlarımız bizi çox gözəl qarşıladılar. Onlara buradan yenidən təşəkkürümü bildirirəm".

"Operativ Media" xəbər verir ki, bu haqda "Qalatasaray"ın prezidenti Dursun Özbek "Qarabağ"la Bakıda keçirilən xeyriyyə görüşü barədə danışarkən deyib. 

Dünən klubun idarəçiləri və iş adamları üçün təşkil olunan iftar məclisində çıxış edən D.Özbek bildirib ki, bu matçın önəmi böyük olub: "Azərbaycanın 80 faizi "Qalatasaray"lıdır. 65 minlik stadionda 62 min 500 tamaşaçı vardı. Əksəriyyəti "Qalatasaray"a azarkeşlik edirdi. Cənab Prezident İlham Əliyevin və xanımının matçda iştirak etməsi oyuna ayrıca gözəllik bəxş etdi. Özü ilə görüşmək fürsətim də oldu" - deyə D.Özbək bildirib.

D.Özbek "Qarabağ"la əməkdaşlıq barədə də danışıb: "Tahir başqana ("Qarabağ"ın prezidenti Tahir Gözəl - red.) söylədiyim kimi, iki komandanın işbirliyinin inkişafını istəyirik. Edə biləcəyimiz çox şey var. Cənab Əliyevə Qarabağda meydanın hazırlanmasının və orada oyun keçirmək istədiyimizi söylədik. Mən "Qalatasaray"ı orada görmək istəyirəm. Qarabağda oynamaq istəyirəm. Çox anlamlı olardı. Özü də bu istəyimlə bağlı təlimatlar verdi. Böyük ehtimalla bir hazırlıq oyunumuzu də Qarabağda keçirəcəyik".

T.Özbək ümummilli lider Heydər Əliyevin 100 illiyi ilə əlaqədar bu il türkdilli dövlətlərin komandalarının iştirakı ilə turnir keçirmək istədiklərini də söyləyib: "Həmin yarışda türkdilli ölkələrdən bir komandanın iştirakı istəyirik. Bununla onun xatirəsini anmış olarıq. Bu təklif də yaxşı qarşılandı".

D.Ozbek onu da deyib ki, "Qalatasaray" mağazalarında "Qarabağ"ın formalarının satılması üçün anlaşıblar: "Onlar da "Qalatasaray" formalarını öz mağazalarında satacaqlar. Məqsədimiz iki ölkənin qardaşlığının idmana da sirayət etməsidir. "Qalatasaray" bu məqsədlə əlindən gələni edəcək".

Son xəbərlər
Sabahın havası meteohəssas insanlar üçün əlverişsizdir
Görünüş məsafəsi 300 metrədək məhdudlaşacaq - XƏBƏRDARLIQ
Gürcüstan cüdo üzrə 2026-cı il Avropa çempionatına ev sahibliyi edəcək
Ayxan Abbasov: “Komandamızın sona kimi vuruşması bizi sevindirdi”
Sabah hava necə olacaq?
Böyük Dəbilqə: Azərbaycan turniri medalsız başa vurdu
Prezident: Azərbaycan-Pakistan strateji tərəfdaşlığının hazırkı səviyyəsi böyük məmnunluq doğurur
Məhkəmə Əkrəm İmamoğlu barəsində həbs qərarı verib