"Sabah" klubu yeni sponsorla anlaşıb
Əziz Əzizli
Peugeot Azerbaijan şirkəti “Sabah” FK-nın yeni nəqliyyat tərəfdaşı olacaq.
"Operativ Media" xəbər verir ki, tərəfdaşlıq çərçivəsində “Sabah” FK nəqliyyat vasitələri ilə təmin ediləcək.
Artıq şirkət tərəfindən elektrik mühərrikli, yeni “e-2008 Peugeot” markalı avtomobil “Sabah” FK-nın ixtiyarına verilib. Avtomobil “Peugeot Azerbaijan” şirkətinin direktoru Ramin Mustafayev tərəfindən “Sabah” FK-nın prezidenti Maqsud Adıgözəlova təqdim edilib.
Bundan əlavə, “Sabah” FK-nın ev oyunlarını keçirdiyi “Bank Respublika Arena”da ehtiyat oyunçular skamyası “Pegeout” brendinə uyğun şəkildə daha rahat və müasir oturacaqlarla təmin edilib, həmçinin stadionda brendin reklam lövhələri yerləşdirilib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net