Səudiyyə Ərəbistanı klubu Serxio Ramosu transfer etmək istəyir

Əziz Əzizli
Səudiyyə Ərəbistanı klubu Serxio Ramosu transfer etmək istəyir

PSJ-nin futbolçusu Serxio Ramos karyerasını Səudiyyə Ərəbistanında davam etdirə bilər.

"Operativ Media" xəbər verir ki, "Əl Hilal" klubu 37 yaşlı müdafiəçinin xidmətində maraqlıdır. Bu barədə AS nəşri məlumat yayıb. Xəbərdə Səudiyyə Ərəbistanı klubunun Ramosa illik 30 milyon avro ödəməyə hazır olduğu bildirilib.

İspan futbolçunun PSJ ilə müqaviləsi mövsümün sonunda bitir. Onun klubu tərk edəcəyi gözlənilir.

Ramos bu mövsüm 36 oyunda 2 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb.

Digər xəbərlər