Viktor Osimhen üz maskasını itirib
Əziz Əzizli
"Napoli" klubunun nigeriyalı futbolçusu Viktor Osimhen "Milan"la oyundan qabaq üz maskasını itirib.
"Operativ Media" xəbər verir ki, Osimhen "Qvineya Bisau" ilə matçından sonra Nigeriya milli komandasından ayrılıb. İtaliyaya qayıdarkən çantasında ona uğur gətirdiyinə inandığı maskasının olmadığını görüb. Maska itməmişdən bir neçə gün əvvəl Osimhenin dedikləri:
"Maska və sarı saçlarım mənim kimliyimdir. Üzümdəki zədələr getsə belə maskanı saxlayacağam".
Qeyd edək ki, Osimhen "Milan"la oyuna köhnə maskası ilə çıxacaq.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net