Menyu

Sabah Bakıda WUF13 tədbiri işə başlayır - PROQRAM - YENİLƏNİB

Operativ Media
Sabah Bakıda WUF13 tədbiri işə başlayır - PROQRAM - YENİLƏNİB

BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan Hökumətinin birgə təşkilatçılığı ilə keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) mayın 17-də öz işinə başlayacaq.

Operativ Media xəbər verir ki, tədbir Birləşmiş Millətlər Təşkilatının və Azərbaycan Respublikasının dövlət bayraqlarının qaldırılması mərasimi ilə başlayacaq.

WUF13-ün ilk günündə yeni təşəbbüs kimi Azərbaycanın sədrliyi ilə Yeni Şəhərsalma Proqramına dair nazirlər səviyyəsində görüş təşkil ediləcək. Proqramın 20 illik icra müddətinin orta mərhələsinə təsadüf edən bu toplantı əldə olunmuş nəticələrin nəzərdən keçirilməsi, mövcud çətinliklərin müəyyənləşdirilməsi və növbəti mərhələyə dair istiqamətlərin müəyyən edilməsi üçün əhəmiyyətli imkan yaradacaq.

Forum çərçivəsində müxtəlif assambleya sessiyaları da təşkil olunacaq. İlkin olaraq assambleyaların birgə açılış sessiyası keçiriləcək. Daha sonra proqrama əsasən Qadınlar Assambleyası, Yerli və regional hökumətlərin ümumdünya Assambleyası, İcma birliklərinin və vətəndaş cəmiyyəti təşkilatlarının Assambleyası, Uşaq və gənclər Assambleyası, eləcə də Biznes Assambleyası təşkil ediləcək.

Forum çərçivəsində keçiriləcək əlavə tədbirlər sırasında BMT-nin Məskunlaşma Proqramı, Qlobal Su Operatorların Tərəfdaşlıq Alyansı (GWOPA) və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin birgə təşkil etdiyi “Global Water Operators’ Partnerships Alliance” Assambleyası da yer alır. Hər iki ildən bir keçirilən GWOPA Assambleyası ilk dəfə Ümumdünya Şəhərsalma Forumu çərçivəsində təşkil olunacaq.

Qeyd edək ki, WUF13 tədbiri 17–22 may tarixlərində Bakı şəhərində “Hər kəs üçün yaşayış yerləri: təhlükəsiz və dayanıqlı şəhərlər və yaşayış məskənləri” mövzusuna həsr olunmuş forumdur.

17 may tarixində keçiriləcək sessiya və tədbirlərin siyahısı ilə WUF13-ün rəsmi proqram səhifəsində tanış ola bilərsiniz.

***

15:40

Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun (WUF13) 13-cü sessiyası çərçivəsində 17 may tarixi üzrə proqram açıqlanıb.

Operativ Media xəbər verir ki, forumun rəsmi sosial media hesabında paylaşılan məlumata görə, həmin gün keçiriləcək əsas sessiyalar, müzakirələr və tədbirlərin proqramı iştirakçılar üçün təqdim olunub. Bildirilib ki, iştirakçılar tədbir planını əvvəlcədən izləyərək Forumdakı iştiraklarını daha səmərəli şəkildə təşkil edə bilərlər.

Paylaşımda qeyd olunub ki, WUF13 çərçivəsində şəhərsalma, dayanıqlı inkişaf, urbanizasiya və müasir şəhər idarəçiliyi ilə bağlı müxtəlif mövzularda müzakirələr aparılacaq.

Əlaqəli Xəbərlər