
Azərbaycan Ağır Atletika Federasiyası Azərbaycan ağır atletika yığmasının İrəvanda keçiriləcək Avropa çempionatında iştirakının təsdiqlənməsi ilə bağlı yayılan məlumata aydınlıq gətirib.
"Operativ Media" xəbər verir ki, Federasiyadan Trend-ə verilən məlumata görə, Azərbaycan hələ iştirakını təsdiq etməyib.
Qeyd edilib ki, Azərbaycan Ağır Atletika Federasiyası olaraq Avropa Ağır Atletika Federasiyası və Beynəlxalq Ağır Atletika Federasiyasına təhlükəsizlik tədbirəri ilə bağlı zəmanət məktubunun alınması ilə bağlı müraciət etmişik. Ancaq hələ də müraciətə cavab verilməyib. Bu səbəbdən də Azərbaycan iştirakını rəsmi təsdiq etmiş sayılmır. Rəsmi təsdiq üçün son tarix 11 apreldir.
***
15:25
Azərbaycan İrəvanda keçiriləcək ağır atletika üzrə Avropa Çempionatında iştirakını rəsmən təsdiqləyib.
"Operativ Media" xəbər verir ki, bu barədə "Armenpress" məlumat yayıb.
Bildirilib ki, aprelin 15-dən 23-dək İrəvandakı Karen Dəmirçyan adına İdman-Konsert Kompleksində ağır atletika üzrə Avropa çempionatı keçiriləcək.