Menyu

Azərbaycan lideri: Bu gün qlobal tədbiri təşkil etməklə biz şəhərsalmanın inkişafına böyük sadiqliyimizi nümayiş etdiririk

Operativ Media
Azərbaycan lideri: Bu gün qlobal tədbiri təşkil etməklə biz şəhərsalmanın inkişafına böyük sadiqliyimizi nümayiş etdiririk

2022-ci ildən etibarən biz üç Milli Şəhərsalma Forumunu təşkilatla (UN-Habitat ilə - red.) birgə keçirmişik. Ağdamda, Zəngilanda və Xankəndidə tədbirlər təşkil olunub. Həmin şəhərlər uzun illər ərzində işğal altında olmuşdur.

Operativ Media xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) açılış mərasimində çıxışı zamanı söyləyib.

“Bu gün qlobal tədbiri təşkil etməklə biz bir daha şəhərsalmaya, onun inkişafına olan böyük sadiqliyimizi nümayiş etdiririk”, - deyə dövlətimizin başçısı vurğulayıb.

Əlaqəli Xəbərlər