Bakı-Tbilisi qatarı açılır? ADY-dən rəsmi açıqlama
Operativ Media
Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı müzakirələr aparılır.
Operativ Media xəbər verir ki, bu barədə İqtisadiyyat.az-ın sorğusuna cavab olaraq Azərbaycan Dəmir Yolları QSC-dən məlumat verilib.
"Verilmiş tapşırığa əsasən, Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı ADY tərəfindən Gürcüstan Dəmir Yolları ilə işçi qaydada texniki və təşkilati məsələlərə dair müzakirələr aparılır", - məlumatda qeyd edilib.
Qeyd edək ki, daha öncə Gürcüstan tərəfi Tbilisi–Bakı arasında gündəlik sərnişin dəmir yolu nəqliyyatının 26 may tarixindən etibarən yenidən fəaliyyətə başlayacağı barədə məlumat yayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net