Menyu

Gürcüstanlı iştirakçı: Bakıda İnsanlar çox mehribandır

Operativ Media
Gürcüstanlı iştirakçı: Bakıda İnsanlar çox mehribandır

“Bakıda olmaq mənim üçün böyük məmnunluqdur".

WUF13 çərçivəsində bu sözləri Operativ Media-ya açıqlamasında Gürcüstanlı iştirakçı Şola Reina bildirib.

O qeyd edib ki, qeyri-maddi mədəni irs mövzusunda keçirilən müzakirələr olduqca maraqlıdır və forum müxtəlif ölkələrdən olan iştirakçılar üçün mühüm platformadır.

İştirakçı Azərbaycanın qonşu ölkə olduğunu vurğulayaraq, Bakının gözəl və müasir şəhər təsiri bağışladığını qeyd edib.

“Bakıda olmaq mənim üçün böyük məmnunluqdur. İnsanlar çox mehribandır və forum çərçivəsində keçirilən müzakirələr olduqca maraqlıdır”, – deyə o əlavə edib.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.

Əlaqəli Xəbərlər