WUF13 iştirakçısı: “Bakı çox gözəldir və yaxşı qorunub saxlanılıb”
"Dünyanın hər yerindən şəhərsalma üzrə mütəxəssisləri görmək çox həyəcanvericidir".
WUF13 çərçivəsində Operativ Media-ya Bakıda ilk dəfə iştirak etdiyini bildirən xarici nümayəndə şəhər haqqında müsbət təəssüratlarını bölüşüb.
O qeyd edib ki, forumda dünyanın müxtəlif ölkələrindən şəhərsalma mütəxəssislərinin bir araya gəlməsi tədbiri daha da maraqlı və əhəmiyyətli edir.
“Bakıya ilk dəfə gəlirəm, bu forumda da ilk iştirakımdır. Burada dünyanın hər yerindən şəhərsalma üzrə mütəxəssisləri görmək çox həyəcanvericidir,” – deyə o bildirib.
Nümayəndə Bakıda iki gün ərzində şəhərin müxtəlif yerlərini gəzdiyini və paytaxtı yaxından tanımaq imkanı əldə etdiyini vurğulayıb.
“Bakıya şənbə günü gəldim və iki gün ərzində şəhəri gəzdim. Şəhər çox gözəldir və yaxşı qorunub saxlanılıb. Burada olmaq çox xoşdur,” – deyə o əlavə edib.
Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.