Menyu

WUF13-də yapon şirkəti fəlakətə davamlı prefabrik yaşayış layihələrini təqdim edib

Operativ Media
WUF13-də yapon şirkəti fəlakətə davamlı prefabrik yaşayış layihələrini təqdim edib

WUF13 çərçivəsində innovativ fəlakət sonrası yaşayış həlləri təqdim edilib.

"Urban Expo"-da iştirak edən yaponiyalı nümayəndə Operativ Media-ya açıqlamasında təmsil etdiyi şirkətin fəaliyyəti barədə məlumat verib.

O bildirib ki, Yaponiyada fəaliyyət göstərən “Vinyar House” şirkəti prefabrik yaşayış evlərinin və fəlakət sonrası icmalar üçün nəzərdə tutulan infrastruktur layihələrinin hazırlanması və inşası ilə məşğuldur.

Nümayəndənin sözlərinə görə, şirkət xüsusilə təbii fəlakətlərdən zərər görən bölgələrdə icma mərkəzləri və modul tipli yaşayış sistemlərinin qurulmasını həyata keçirir. Layihələrdə ənənəvi yapon birləşmə (joinery) texnologiyaları müasir istehsal üsulları ilə birləşdirilir və komponentlər yüksək dəqiqlikli texnologiyalar vasitəsilə hazırlanır.

O qeyd edib ki, şirkətin əsas yanaşması “özünəqurma” modelinə əsaslanır və bu çərçivədə layihələrin icrasında yerli icmaların aktiv iştirakı təmin olunur.

Nümayəndə həmçinin "Wolf Academy" çərçivəsində Myanmardan olan həmkarlarla birlikdə keçirilən fəlakətlərə hazırlıq üzrə təlimlərin uğurlu keçdiyini vurğulayıb.

O, Bakıya ilk dəfə gəldiyini və şəhəri hələ gəzmək imkanı olmadığını da əlavə edib.

Qeyd edək ki, WUF13 mayın 17-dən 22-dək BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) və Azərbaycan hökumətinin əməkdaşlığı çərçivəsində Bakıda keçirilir.


Əlaqəli Xəbərlər