Menyu

Mikayıl Cabbarov: “Strateji əlaqəlilik şəhərsalma və regional inteqrasiyanı yeni mərhələyə daşıyır”

Operativ Media
Mikayıl Cabbarov: “Strateji əlaqəlilik şəhərsalma və regional inteqrasiyanı yeni mərhələyə daşıyır”

Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Ümumdünya Şəhərsalma Forumu çərçivəsində keçirilən xüsusi sessiyada iştirak edib.

Operativ Media xəbər verir ki, nazir bu barədə sosial şəbəkə hesabında paylaşım edib.

“Əlaqəlilik mərkəzində olan şəhərlər: Şəhərlərin Yenidənqurması və Regional Əməkdaşlıq” mövzusunda keçirilən sessiyada yaşıl enerji, nəqliyyat, logistika və rəqəmsal infrastruktur vasitəsilə formalaşan strateji əlaqəliliyin şəhərsalma və regional inteqrasiyanı yeni mərhələyə daşıdığı vurğulanıb.

Mikayıl Cabbarov qeyd edib ki, bu yanaşma şəhərlərin inkişafını, iqtisadi transformasiyanı və dayanıqlılığı bir-biri ilə daha sıx şəkildə əlaqələndirir.

Nazirin sözlərinə görə, Azərbaycanın yenidənqurma və multimodal tranzit təşəbbüsləri davamlı artımın, iqtisadi inteqrasiyanın və iqlim dayanıqlığının gücləndirilməsi baxımından nümunə rolunu oynayır.

Əlaqəli Xəbərlər