Menyu

Aygün Əliyeva: Dayanıqlı şəhər inkişafı vətəndaş cəmiyyətinin iştirakı olmadan mümkün deyil

Operativ Media
Aygün Əliyeva: Dayanıqlı şəhər inkişafı vətəndaş cəmiyyətinin iştirakı olmadan mümkün deyil

Dayanıqlı şəhər inkişafı və şəhərlərin gələcəyinin formalaşdırılması vətəndaş cəmiyyətinin iştirakı və tərəfdaşlığı olmadan mümkün deyil.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İdarə Heyətinin sədri Aygün Əliyeva “QHT Forumu: Qlobal tərəfdaşlıqlar və qərarvermə” mövzusunda keçirilən tədbirdə bildirib.

O qeyd edib ki, son illərdə Azərbaycan vətəndaş cəmiyyəti sahəsində mühüm beynəlxalq təşəbbüslərin və həmrəylik platformalarının formalaşdığı məkana çevrilib. “Beynəlxalq tədbirlər Azərbaycanın yalnız onlara ev sahibliyi edən ölkə kimi deyil, həm də müxtəlif regionlardan olan vətəndaş cəmiyyəti nümayəndələrini bir araya gətirən mühüm platformaya çevrildiyini göstərir. Bu platformalar dialoq, əməkdaşlıq və həmrəylik üçün yeni imkanlar yaradır”, - deyə A.Əliyeva əlavə edib.

Əlaqəli Xəbərlər