WUF13 iştirakçısı: “Bakı həqiqətən maraqlı və inkişaf etmiş şəhərdir”
Şəfa Hüseynli
“Bakı həqiqətən maraqlı şəhərdir. Şəhər çox inkişaf edib. Xüsusilə infrastruktur və yol şəbəkələri diqqətimi çəkdi. İnsanlar isə olduqca mehriban və qonaqpərvərdirlər.
Bu sözləri Operativ Media-ya açıqlamasında Uqandadan olan iştirakçı Doroti Bazive bildirib.
"Dünya Şəhərsalma Forumu (WUF13) çox intensiv keçir, amma eyni zamanda dayanıqlı şəhərlər və icmalar mövzusunda müxtəlif tərəflərlə fikir mübadiləsi aparmaq üçün çox yaxşı platformadır", - o, qeyd edib.