Menyu

Keniyalı tədqiqatçı: Bu forum fərqli ölkələrlə yeni əməkdaşlıq imkanları yaradır

Şəfa Hüseynli
Keniyalı tədqiqatçı: Bu forum fərqli ölkələrlə yeni əməkdaşlıq imkanları yaradır

“Burada olmaq (red: WUF13) həqiqətən çox dəyərli hissdir. Mən Kenyanın Nairobi şəhərindən gəlmişəm. Buraya “Transport Build Kenya” adlı QHT ilə birlikdə qatılmışam. Eyni zamanda “Red Africa Alliance for Conference and Research” adlı digər təşkilatda da fəaliyyət göstərirəm".

Bu sözləri Operativ Media-ya açıqlamasında Keniyadan olan tədqiqatçı Anne Gogi bildirib.

"Biz müxtəlif tədqiqatlar aparırıq. Xüsusilə güclü yağışlar zamanı baş verən fəlakətlər və suvarma ilə bağlı problemlər üzərində araşdırmalar edirik. Bununla yanaşı, mən "Child Welfare Kenya" ilə də çalışıram və əlilliyi olan uşaqlarla bağlı tədqiqatlar aparıram.

Bu forumun bir parçası olmaq mənə fərqli ölkələrdən olan insanlarla tanış olmaq, fikir mübadiləsi aparmaq və yeni təşəbbüslər üçün əməkdaşlıq imkanları yaratmaq baxımından çox yaxşı hisslər yaşadır", - o, qeyd edib.


Əlaqəli Xəbərlər