Menyu

Natiq Məmmədli: Azərbaycan mediasının WUF13-dəki fəaliyyətini yüksək qiymətləndiririk

Operativ Media
Natiq Məmmədli: Azərbaycan mediasının WUF13-dəki fəaliyyətini yüksək qiymətləndiririk

Medianın İnkişafı Agentliyi Azərbaycan mediasının BMT-nin Ümumdünya Şəhərsalma Forumunun On Üçüncü sessiyasındakı (WUF13) fəaliyyətini yüksək qiymətləndirir.

Operativ Media xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyi (MEDİA) İcraçı direktorunun müavini Natiq Məmmədli WUF13 çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

"Biz çox sevinirik ki, Azərbaycan mediası COP29-da yazdığı uğur hekayəsini WUF13-də bir daha təkrarlayır. Həm Azərbaycanın daxili auditoriyası, həm də beynəlxalq auditoriya üçün WUF13-lə bağlı vacib mesajların çatdırılmasında mediamız çox mötəbər mənbə funksiyasını çox layiqincə yerinə yetirdi", - o, qeyd edib.

Əlaqəli Xəbərlər