Menyu

Bakı Forumunda çağırış: Gənclərin qərarvermə prosesindəki rolu artırılmalıdır

Operativ Media
Bakı Forumunda çağırış: Gənclərin qərarvermə prosesindəki rolu artırılmalıdır

Bakıda Ümumdünya Şəhərsalma Forumu çərçivəsində gənclərin qərarvermə prosesindəki rolu və müzakirələrin konkret nəticələrə çevrilməsinin vacibliyi vurğulanıb.

Bu barədə Operativ Media-ya Kamerunun iqtisadiyyat üzrə PhD namizədi və “World Cameroon” təşkilatının rəhbəri Miriam Nakita Bossogueno Aboya deyib.

Bakıda keçirilən mötəbər tədbirdə gənc kamerunluları təmsil etməkdən qürur duyduğunu bildirən N.Boya, gənclərin səsinin qərar masalarında mütləq eşidilməli olduğunu qeyd edib.

Forumdan gözləntilərini bölüşən təşkilat rəhbəri, dialoqların kağız üzərində qalmaması tərəfdarı olduğunu vurğulayıb:

 "Mən həqiqətən ümid edirəm ki, burada apardığımız müzakirələr konkret fəaliyyətlərə çevriləcək və sadəcə söhbət olaraq qalmayacaq".


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər