Menyu

İtaliyalı memar: “Müasir Bakı çox möhtəşəmdir“

Operativ Media
İtaliyalı memar: “Müasir Bakı çox möhtəşəmdir“

"Biz burada şəhərlər və qlobal səviyyədəki çağırışlar barədə fikir mübadiləsi aparmaq üçün iştirak edirik. Forumda şəhərsalma və urban inkişafla bağlı yanaşmamızı bölüşəcəyik. Eyni zamanda digər agentliklərlə, eləcə də BMT-Habitat təşkilatı ilə əlaqələr qurmaq niyyətindəyik. Gözləntilərimiz metodologiyaların və ən yaxşı təcrübələrin paylaşılmasıdır".

Bu sözləri Operativ Media-ya açıqlamasında İtaliya Əməkdaşlıq Agentliyinin nümayəndəsi, memar Alessandra Kredasti-Salvi bildirib.

Agentlik rəhbərinin sabah Bakıya gələcəyini qeyd edən qonaq, şəhər barədə təəssüratlarını da bölüşüb:

"Mən foruma qatılmaq üçün dünən axşam Bakıya gəlmişəm. İndiyə qədər şəhəri bəyəndim, amma yalnız müasir hissəsini qısa şəkildə görmüşəm. Düşünürəm ki, bu yeni şəhər hissəsi və tədbirlər üçün yaradılan məkan çox möhtəşəmdir. Amma memar kimi şəhərin qədim və tarixi hissəsini də görmək istəyirəm. İçərişəhəri ziyarət etmək istəyirəm və şənbə günü Bakını gəzməyə vaxt tapacağıma ümid edirəm".

Əlaqəli Xəbərlər