Rossbax: Mənzil yoxsulluğun aradan qaldırılması və rifahın artmasının əsas şərtidir
Operativ Media
Mənzil yoxsulluğun aradan qaldırılmasında və uzunmüddətli iqtisadi rifahın formalaşdırılmasında həlledici rol oynayır.
Operativ Media xəbər verir ki, bu barədə UN-Habitatın rəhbəri Anaklaudia Rossbax Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində "Mənzil böhranının aradan qaldırılması və yenidənqurmanın əsası kimi" mövzusuna həsr olunmuş tədbirdə çıxış edərkən bildirib.
"Mənzil yoxsulluğun aradan qaldırılması və rifahın artmasının əsas şərtidir", - A.Rossbax vurğulayıb.