Menyu

WUF13 iştirakçısı: Tədbir Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunub

Operativ Media
WUF13 iştirakçısı: Tədbir Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunub

“İlk dəfədir Azərbaycandayam və burada olmaqdan çox məmnunam. WUF13 Azərbaycan tərəfindən yüksək səviyyədə təşkil olunub”.

Bu sözləri Operativ Media-ya Səudiyyə Ərəbistanından olan iştirakçı Arch Nadia Bakhurji bildirib.

“Forum çərçivəsində olduqca sıx qrafikim var. Mən sərgilərdə, panel müzakirələrində iştirak edirəm və eyni zamanda spiker kimi çıxış edirəm. Bu gün qadınlar və mənzil məsələləri mövzusunda danışacağam.

Gender məsələləri üzrə məsləhətçi qrupumuz AGI ilə birlikdə forumdayıq. Bu tədbirdə iştirak etməyimiz çox vacibdir.

Bundan əvvəl Malayziya və Qahirədə keçirilən Dünya Şəhərsalma Forumlarında iştirak etmişəm. Bu, mənim üçün üçüncü Dünya Şəhərsalma Forumudur və deyə bilərəm ki, Bakıdakı tədbir çox uğurlu təşkil olunub.

Xüsusilə gənc qadınların və könüllülərin fəaliyyəti diqqətimi çəkdi. Onlar çox mehriban, qonaqpərvər və peşəkardırlar. Azərbaycan pavilyonu da olduqca məlumatlandırıcı hazırlanıb. Bu möhtəşəm məkan və uğurlu təşkilatçılıq münasibətilə sizə uğurlar arzulayıram.

Ümid edirəm ki, yenidən Azərbaycana qayıdacağam. Buradan çox xoş təəssüratlarla ayrılıram”, - o, qeyd edib.

Əlaqəli Xəbərlər