Menyu

Pakistanlı QHT rəhbəri: "WUF13-dən gözləntimiz böyükdür”

Operativ Media
Pakistanlı QHT rəhbəri: "WUF13-dən gözləntimiz böyükdür”

Təşkilatımız Pakistanda dayanıqlı və davamlı şəhərlərin inkişafı ilə bağlı müxtəlif layihələr həyata keçirir”.

Bu sözləri Operativ Media-ya açıqlamasında “Pakistan Youth Organisation”nin Prezidenti Sana Ullah Rathore bildirib.

“Biz yaşıl məkanların yaradılması, ağacəkmə kampaniyaları, günəş enerjisi layihələri və ekoloji təşəbbüslər üzərində çalışırıq. Bu layihələrin əksəriyyəti müxtəlif şəhərlərdən və təhsil müəssisələrindən olan gənc liderlər tərəfindən hazırlanır və icra olunur”, - deyə o bildirib.

“WUF13 forumundan gözləntilərimiz böyükdür. Burada müxtəlif ölkələrin nümayəndələri, vətəndaş cəmiyyəti təşkilatları, dövlət qurumları bir araya gələrək daha dayanıqlı şəhərlərin qurulması istiqamətində əməkdaşlıq imkanları əldə ediblər”, -  deyə o vurğulayıb.

Əlaqəli Xəbərlər