Menyu

Keniyalı ekspert: “Azərbaycan lideri öz xalqı üçün çox böyük işlər görüb”

Operativ Media
Keniyalı ekspert: “Azərbaycan lideri öz xalqı üçün çox böyük işlər görüb”

Azərbaycana gəldiyim ilk gün bizi Qarabağa səfərə apardılar və bu səfər yaddaşımda dərin iz buraxdı. Mən Azərbaycan Prezidentinə təşəkkür edirəm, çünki o, öz xalqı üçün çox böyük işlər görüb”.

Bu sözləri Operativ Media-ya açıqlamasında Keniya “Barwaqa Relief Organization"nın icraçı direktoru Balhisa Bəşir bildirib.

“Qarabağda insanların yaşayışı üçün çox böyük işlər görülüb.

Biz orada yaşayan ailələrlə söhbət etdik. Onlar çox xoşbəxt olduqlarını söylədilər. İnsanlara təqdim olunan evlər müasir və rahatdır. Təhsil pulsuzdur, təcili yardım mərkəzləri fəaliyyət göstərir, icma mərkəzləri yaradılıb. Ən çox diqqətimi çəkən isə yaşıllıq və ağaclarla əhatə olunmuş həyətlər oldu. Bu, davamlı inkişafın real nümunəsidir”, - o, qeyd edib.

O, digər ölkə liderlərini də Azərbaycan təcrübəsini öyrənməyə çağırıb:  

“İnsanlara yenidən ümid vermək, onları təhlükəsiz və ləyaqətli həyata qaytarmaq böyük məsuliyyətdir.

Azərbaycanda təhsilə verilən önəm məni çox təsirləndirdi. Təhsil gücdür və burada həm təhsil, həm yaşayış, həm də səhiyyə sisteminə ciddi diqqət göstərildiyini gördük.

Sonda memorial kompleksi ziyarət etdik. Bu məkan insanlara keçmişi unutmamağı, həyatını itirənləri yad etməyi xatırladır. Tarixi yaddaşın qorunması çox önəmlidir.

Bu səfərdən sonra mən artıq bu ölkə rəhbərinin necə bir insan olduğunu gördüm: məsuliyyətli, ləyaqətli, səxavətli və mənəviyyata önəm verən bir lider. 

Mən Azərbaycan xalqını da çox mehriban və azad gördüm. Buna görə Azərbaycan xalqına və rəhbərliyinə təşəkkür edirəm.

Keniya və Somali adından minnətdarlığımızı bildiririk. Ümid edirik ki, digər ölkə rəhbərləri də belə bir miras yaratmağa çalışacaqlar”.

Əlaqəli Xəbərlər