Qazaxıstanlı urbanist: “WUF13 çərçivəsində böyük təcrübə əldə edirik”
Şəfa Hüseynli
“Biz buraya Qazaxıstanın paytaxtı Astana şəhərindən gəlmişik. Mən urbanistika mərkəzində çalışıram. Burada əsasən öz pavilyonumuzu qurmuşuq və məqsədimiz insanlara Qazaxıstanı daha yaxından tanıtmaqdır”.
Bu sözləri Operativ Media-ya açıqlamasında qazaxıstanlı urbanist Aytolkın Makaş bildirib.
“Biz istəyirik ki, WUF13 iştirakçıları Astananı ziyarət etsinlər və şəhərin hazırda nə qədər gözəl olduğunu görsünlər. Həmçinin beynəlxalq əlaqələrin qurulmasını da gözləyirik.
Bakı çox gözəl şəhərdir. Mən burada olmaqdan çox məmnunam. Biz WUF13 çərçivəsində böyük təcrübə əldə edirik”, - o, qeyd edib.