Menyu

Qazaxıstanlı nümayəndə: "Bakıdakı forumda yeni tərəfdaşlar axtarırıq"

Operativ Media
Qazaxıstanlı nümayəndə: "Bakıdakı forumda yeni tərəfdaşlar axtarırıq"

“Mən WUF13-də Astana Şəhərsalma Mərkəzini təmsil edirəm. Biz Bakıda keçirilən Dünya Şəhərsalma Forumunda Qazaxıstan pavilyonunu təqdim edirik”. 

Bu sözləri Operativ Media-ya açıqlamasında qazaxıstanlı iştirakçı Bəxtiyar Bekenov bildirib.

“Buradakı əsas gözləntimiz yeni ideya və konsepsiyalarla tanış olmaqdır. Məsələn, bu gün Bakı Baş Planı ilə bağlı sessiyada iştirak etdim və müxtəlif şəhərlərin, ölkələrin öz ərazilərində həyata keçirdiyi baxışları və yanaşmaları öyrənmək çox maraqlı oldu.

Biz əməkdaşlığa açığıq və forum çərçivəsində yeni tərəfdaşlar axtarırıq. Eyni zamanda, Astanada insanlara, piyadalara və ümumilikdə vətəndaşlara daha dayanıqlı və rahat şəhər mühiti yaratmaq üçün həyata keçirdiyimiz yanaşmaları təqdim edirik”, - deyə o, qeyd edib.

Əlaqəli Xəbərlər