Menyu

Hindistanlı iştirakçı: “Bakı bizdə çox xoş təəssürat yaradıb”

Operativ Media
Hindistanlı iştirakçı: “Bakı bizdə çox xoş təəssürat yaradıb”

Dünya Şəhərsalma Forumu urbanizasiya ilə bağlı əsas mövzular üzrə müxtəlif yanaşmaları bir araya gətirən vacib platformadır. Bu dəfə isə kənd inkişafı mövzusunun da forumun gündəliyinə daxil edilməsi xüsusilə diqqətçəkəndir”.

Bu sözləri Operativ Media-ya açıqlamasında hindistanlı iştirakçı Raman Kumar Singh bildirib.

“Xüsusən mənzil məsələlərinə yanaşma baxımından bu mövzu olduqca aktual və əhəmiyyətlidir. Bütün bu məsələlərin forum çərçivəsində real nümunələr əsasında müzakirə olunması çox maraqlı və sevindiricidir.

Bununla yanaşı, sessiyalar da bizim üçün olduqca vacibdir, çünki burada müxtəlif təcrübələrdən faydalanmaq və yeni biliklər əldə etmək imkanı yaranır. Buna görə də qrafikimiz kifayət qədər sıxdır və şəhəri gəzməyə çox vaxt ayıra bilmirik.

Amma müsbət tərəfi odur ki, nəqliyyat sistemi bizə ən azından axşam saatlarında bəzi məkanları görmək imkanı yaradıb. 

Əlbəttə, biz Bakı bulvarı ərazisində olmuşuq. Ora şəhərin ən məşhur məkanlarından biridir. Şəhər bizdə çox xoş təəssürat yaradıb, - deyə o, qeyd edib.

Əlaqəli Xəbərlər