Azərbaycan Premyer Liqası: "Kəpəz" "Səbail"i, "Zirə" "Neftçi"ni qonaq edəcək
Əziz Əzizli
Azərbaycan Premyer Liqasında 28-ci turun oyunları keçirilir.
"Operativ Media" xəbər verir ki, günün ilk matçında "Kəpəz" Gəncədə "Səbail"i qəbul edəcək. Matç Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.
Günün ikinci matçı isə Zirə qəsəbə stadionunda baş tutacaq. Qəsəbə təmsilçisi "Neftçi"ni qonaq edəcək. Saat 19:30-da başlayacaq matç CBC Sport kanalı vasitəsilə canlı yayımlanacaq.
Teqlər:
"Azərbaycan Premyer Liqası: \"Kəpəz\" \"Səbail\"i \"Zirə\" \"Neftçi\"ni qonaq edəcək"