Menyu

UN-Habitat rəsmisi: Dayanıqlı şəhər inkişafı təcrübə mübadiləsi ilə mümkün olur

Operativ Media
UN-Habitat rəsmisi: Dayanıqlı şəhər inkişafı təcrübə mübadiləsi ilə mümkün olur

BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) şəhərlərin dayanıqlı inkişafı üzrə praktiki həllərin və təcrübə mübadiləsinin təşviqində mühüm rol oynayr.

Operativ Media xəbər verir ki, bu barədə BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) Asiya və Sakit Okean üzrə Regional Ofisinin direktoru Kazuko İşiqaki WUF13-də “Asiya Yaşayış Yerləri Cəmiyyəti - Təbiətə Əsaslanan Sistemlərlə Davamlı və Davamlı Mənzillərə Enerji Verən Doldurulan Landşaft” mövzusunda sessiyada deyib.

Kazuko İşiqaki WUF13 çərçivəsində aparılan müzakirələrin əsas nəticələrindən birinin siyasətlə icra arasında mövcud boşluğun aradan qaldırılması olduğunu qeyd edib. Bildirib ki, uğurlu mənzil və şəhərsalma siyasətləri yalnız yerli səviyyədə imkanlar gücləndirildikdə real nəticəyə çevrilə bilər.

Kazuko İşiqaki, həmçinin vurğulayıb ki, mənzil siyasəti şəhər dizaynı, landşaft planlaşdırılması və əsas xidmətlərlə inteqrasiya olunmuş şəkildə həyata keçirilməlidir.

UN-Habitat rəsmisinin sözlərinə görə, Bakıda keçirilən forum şəhərlər və icmalar arasında uğurlu təcrübələrin paylaşılması üçün mühüm imkan yaradıb. O qeyd edib ki, dayanıqlı şəhər inkişafı problemlərin birgə müzakirəsi və yerli şəraitə uyğun həllərin hazırlanması ilə mümkün olur.

Əlaqəli Xəbərlər