Anar Quliyev: Azərbaycan azad edilmiş ərazilərdə ən iddialı bərpa layihələrindən birini həyata keçirir
Operativ Media
Biz işğaldan azad edilmiş ərazilərimizdə dünyanın ən iddialı bərpa işlərindən birini həyata keçiririk.
Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) rəsmi bağlanışı ilə bağlı keçirilən mətbuat konfransında çıxışı zamanı deyib.
Komitə sədri bildirib ki, keçmiş məcburi köçkünlərin öz torpaqlarına təhlükəsiz və ləyaqətli qayıdışını təmin etmək üçün artıq 110-a yaxın şəhər, qəsəbə və kəndin baş planı təsdiqlənib, digər yaşayış məntəqələri üzrə planlar isə hazırlanmaqdadır.