BMT olaraq hazırda Azərbaycanda minatəmizləmə prosesinə dəstək göstəririk.
Operativ Media xəbər verir ki, bunu BMT-nin Baş katibinin müavini Amina Mohammed Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasının (WUF13) yekun mətbuat konfransında deyib.
O bildirib ki, minatəmizləmə mühüm prosesdir və uzun zaman aparacaq.
BMT rəsmisinin sözlərinə görə, bu proses etimadın qurulması və infrastrukturun bərpası fonunda insanlar üçün daha təhlükəsiz icmaların formalaşdırılmasının bir hissəsidir.