WUF13 çərçivəsində mədəniyyət gecəsi keçirilib
Operativ Media
BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası (WUF13) çərçivəsində Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri orkestri Beynəlxalq Muğam Mərkəzində konsert proqramı ilə çıxış edib.
Operativ Media xəbər verir ki, konsert Prezident mükafatçısı Mustafa Aşurovun rəhbərliyi ilə keçirilib.
Konsert proqramında Azərbaycan milli musiqisinin inciləri, klassik və müasir bəstəkarların əsərləri səsləndirilib.
WUF13 kimi qlobal tədbir çərçivəsində təşkil olunan bu konsert Azərbaycanın zəngin mədəniyyətinin və qədim musiqi irsinin beynəlxalq ictimaiyyətə tanıdılması, habelə xarici qonaqlarda ölkəmiz haqqında zəngin təəssüratların yaradılması baxımından böyük əhəmiyyət kəsb edib.