01 Aprel 2023, 15:01
Fil Foden 2-3 həftəlik sıradan çıxdı

"Mançester Siti" ciddi itki ilə üzləşib.
"Operativ Media" xəbər verir ki, yarımmüdafiəçi Fil Foden bir neçə həftə yaşıl meydanlardan kənarda qalacaq. Bu barədə komandanın baş məşqçisi Xose Qvardiola yerli mətbuata açıqlamasında deyib.
Bir neçə gün əvvəl appendisit səbəbindən əməliyyat olunub. O, azı 2-3 həftə məşqlərdən kənarda qalacaq.
Foden bu mövsüm 36 oyunda 13 qol vurub, 6 məhsuldar ötürmə edib.