Kanada Ebola virusu səbəbindən sərhəddə karantin tətbiq edib
Şəfa Hüseynli
Kanada Ebola epidemiyası səbəbindən müvəqqəti sərhəd və karantin tədbirləri tətbiq edir.
Operativ Media xəbər verir ki, bu barədə Kanada mediası məlumat yayıb.
Bildirilib ki, bu tədbirlərə bir neçə Afrika ölkəsindən gələnlər üçün giriş məhdudiyyətləri və məcburi təcrid daxildir.
Kanada hakimiyyəti xəstəliyin yayılması riski yüksək və ya çox yüksək olan şəxslər üçün müəyyən immiqrasiya sənədlərinin 90 günlük dayandırıldığını elan edib.
Məhdudiyyətlər müvəqqəti vizalara, elektron səyahət icazələrinə və daimi yaşayış vizalarına təsir edəcək, hətta əvvəllər təsdiq edilmiş sənədlərin də qüvvəsi müvəqqəti olaraq dayandırılacaq.