Menyu

Musiqili Teatrda 116-cı mövsümün uğurla başa çatması münasibətilə kollektivlə görüş keçirilib

Operativ Media
Musiqili Teatrda 116-cı mövsümün uğurla başa çatması münasibətilə kollektivlə görüş keçirilib

Azərbaycan Dövlət Akademik Musiqili Teatrında 116-cı teatr mövsümünün uğurla başa çatması münasibətilə kollektivlə görüş keçirilib.

Operativ Media xəbər verir ki, tədbirdə teatrın rəhbərliyi mövsüm ərzində görülən işlərə nəzər salaraq yaradıcı və texniki heyətin fəaliyyətini yüksək qiymətləndirib, teatrın repertuarının zənginləşdirilməsi, yeni səhnə əsərlərinin hazırlanması, qastrol səfərləri, beynəlxalq əməkdaşlıq və digər istiqamətlərdə əldə olunan nəticələri diqqətə çatdırıb. Bildirilib ki, mövsüm ərzində kollektiv öz peşəkarlığı və fədakar əməyi ilə tamaşaçılara bir-birindən maraqlı səhnə əsərləri təqdim edib.

Görüş zamanı qarşıdan gələn mövsümdə həyata keçirilməsi nəzərdə tutulan yaradıcılıq planları və yeni layihələr barədə fikir mübadiləsi aparılıb.

116-cı teatr mövsümünün "Operetta inciləri" konsert proqramı ilə başa çatdığını vurğulayan direktor ötən mövsümdə əldə olunan uğurların bütün yaradıcı və texniki heyətin peşəkar, məsuliyyətli və fədakar əməyinin nəticəsi olduğunu qeyd edərək kollektivə təşəkkür edib və onlara yeni-yeni uğurlar arzulayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər