Menyu

Bakıda daha bir küçədə təmir işlərinə başlanılır

Operativ Media
Bakıda daha bir küçədə təmir işlərinə başlanılır
1 dəq oxu

İyulun 22-dən etibarən Bakının Nizami rayonunda yerləşən Musa Əliyev küçəsinin bir hissəsində təmir işlərinə başlanılacaq.

Operativ Media xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Bildirilib ki, işlər Qara Qarayev prospektindən 8-ci kilometr bazarınadək olan hissəni əhatə edəcək.

Təmir müddətində işlərin gedişinə uyğun olaraq nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə qismən və ya tam məhdudlaşdırılacaq.

AAYDA sürücülərə səfərlərini əvvəlcədən planlaşdırmağı, müvəqqəti hərəkət məhdudiyyətlərini nəzərə almağı və imkan daxilində alternativ marşrutlardan istifadə etməyi tövsiyə edib.

Əlaqəli Xəbərlər