"İmişli"nin məşqçilər korpusuna latviyalı mütəxəssis qoşuldu
Operativ Media
"İmişli" PFK məşqçilər korpusunu yeni təyinatla gücləndirib.
Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Latviyalı mütəxəssis Ervins Perkons bölgə təmsilçisinin köməkçi məşqçisi təyin olunub.
UEFA Pro lisenziyasına malik olan 35 yaşlı məşqçi 15 ildən artıq peşəkar məşqçilik təcrübəsinə sahibdir. O, Latviyanın "Jelgava" və "Super Nova" klublarında baş məşqçi kimi fəaliyyət göstərib, komandaları iki dəfə ölkənin yüksək liqasına yüksəldərək 2022 və 2024-cü illərdə Latviyanın I Liqasının çempionluğuna daşıyıb.
Ervins Perkons peşəkar fəaliyyəti ərzində Polşa, Norveç və Avstriyanın tanınmış klublarında təcrübə proqramlarında iştirak edib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net