Futzal üzrə Azərbaycan millisinin oyunlarının təqvimi açıqlanıb
Operativ Media
Futzal üzrə 2028-ci il dünya çempionatının əsas seçmə mərhələsində mübarizə aparacaq Azərbaycan milli komandasının yer aldığı XII qrupun oyunlarının təqvimi açıqlanıb.
Azərbaycan Futzal Federasiyasından Operativ Media-ya verilən məlumata görə, yığma ilk matçını oktyabrın 16-da səfərdə Çexiyaya qarşı keçirəcək.
Noyabrın 5-də bu komanda ilə evdə qarşılaşacaq Azərbaycan millisi 3 gün sonra Latviya seçməsini qəbul edəcək. Yığmamız 2027-ci il fevralın 27-də isə Latviya ilə səfərdə üz-üzə gələcək.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma