Menyu

AFFA tərəfindən futbol mütəxəssisləri üçün növbəti vebinar təşkil olunub

Operativ Media
AFFA tərəfindən futbol mütəxəssisləri üçün növbəti vebinar təşkil olunub

AFFA tərəfindən futbol üzrə biliklərin artırılması, mütəxəssislər arasında fikir və təcrübə mübadiləsinin genişləndirilməsi məqsədilə vebinarların təşkili davam etdirilir.

Bu barədə Operativ Media-ya qurumdan məlumat verilib.

AFFA-nın Futbolun İnkişafı Departamentinin rəhbəri Sərxan Hüseynov tərəfindən keçirilən "Uşaq və gənclərlə iş" seriyası çərçivəsində inkişaf modelləri, uşaq motivasiyası və psixologiyası, eləcə də təhlükəsiz mühit mövzularını əhatə edən vebinarlar uğurla yekunlaşıb.

Seriyanın növbəti vebinarı "Futbol dili və effektiv ünsiyyət" mövzusunda olub. Vebinar AFFA-nın Futbolun İnkişafı Departamentinin Akademiyalara nəzarət və keyfiyyət standartları üzrə supervayzeri Sakit Rzayev tərəfindən təqdim olunub. Onlayn görüşdə futbol dilinin mahiyyəti, məşqçi və futbolçu arasında ortaq terminologiyanın formalaşdırılması, yaş qruplarına uyğun ünsiyyət, şifahi və bədən dili kommunikasiyası, geribildirim və komanda mədəniyyəti müzakirə edilib.

Mövzunun məşqçi ilə oyunçu arasında düzgün anlaşmanın, komanda daxilində əməkdaşlığın və vahid oyun yanaşmasının formalaşması baxımından əhəmiyyəti vurğulanıb. İştirakçılar vebinarı müsbət qiymətləndirib, texniki-taktiki, sosial-psixoloji və praktiki mövzular üzrə vebinarların davam etdirilməsinə maraq göstəriblər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər