Menyu

"Real Madrid" "Barselona"nın hücumçusu Ferran Torres ilə maraqlanır

Əziz Əzizli
"Real Madrid" "Barselona"nın hücumçusu Ferran Torres ilə maraqlanır
1 dəq oxu

İspaniya milli komandası və "Barselona"nın hücumçusu Ferran Torres "Real Madrid"in transfer maraq dairəsinə düşüb.

​Operativ Media xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.

​Bildirilib ki, 2022-ci ildən Kataloniya klubunun şərəfini qoruyan 26 yaşlı futbolçunun "Barselona" ilə müqavilə müddəti 2027-ci ilin iyun ayınadək nəzərdə tutulub. Hücumçu karyerası ərzində "Valensiya" və "Mançester Siti" klublarının da formasını geyinib.

​Daha əvvəl insayder Canluka Di Marsio hücumçunun cari yay transfer pəncərəsində PSJ-yə keçməyə razılıq verdiyini bildirmişdi.

​Qeyd edək ki, F.Torres iyulun 19-da İspaniya və Argentina yığmaları arasında keçirilən 2026-cı il dünya çempionatının final matçında (1:0) 106-cı dəqiqədə qələbə qolunun müəllifi olub. O, həmçinin milli komandanın heyətində 2024-cü il Avropa çempionatının və 2022/2023 mövsümündə Millətlər Liqasının qalibi adını qazanıb.

Əlaqəli Xəbərlər