Ermənistanın U-17 güləş milliləri Bakıda keçiriləcək Dünya çempionatında iştirak edəcək
Ermənistanın 17 yaşadək güləşçilərdən ibarət yığma komandaları iyulun 27-dən avqustun 2-dək Bakıda təşkil olunacaq Dünya çempionatında mübarizə aparacaqlar.
Operativ Media xəbər verir ki, bu barədə Ermənsitan Güləş Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Qonşu ölkənin həm sərbəst, həm də yunan-roma güləşi üzrə heyətləri artıq bəlli olub.
Sərbəst güləş üzrə baş məşqçi Arşak Hayrapetyanın rəhbərliyi altında Murad Qaribyan (51 kq), Davit Baleyan (55 kq), Qrişa Qevorqyan (60 kq), Erik Papikyan (65 kq), Varujan Aslanyan (71 kq) və Vaçe Aslanyan (80 kq) xalça üzərinə çıxacaqlar.
Yunan-roma güləşi yığmasının baş məşqçisi Qagik Xaçatryan isə Bakıdakı yarışda Vazgen Vardanyan (45 kq), Ararat Avetisyan (48 kq), Gevorq Harutyunyan (51 kq), Geqam Yeqiazaryan (55 kq), Artuş Petrosyan (60 kq), Vazgen Mnatsakanyan (65 kq), Janes Nazaryan (71 kq), Vahe Hoveyan (80 kq), Aleksan Şaljyan (92 kq) və Xaçik Xaçatryana (110 kq) şans verəcək.