Türkiyə Super Liqasının 28-ci turu çərçivəsində "Giresunspor" - "Konyaspor" matçında Azərbaycan milli komandasının üzvü Mahir Emreli də iştirak edəcək.
"Operativ Media" xəbər verir ki, "Konyaspor" klubu matçın start heyətini açıqlayıb. Mahir Emreli matça start heyətdə başlayacaq.
Qeyd edək ki, matç Bakı vaxtı ilə saat 14:30-da start götürəcək.